ASAN könüllüləri və “Azərsun”dan polislərə təşəkkür
24 Aprel 2020 11:11 Sosial"ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.
Olaylar. az bildirir ki, 4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunur.
#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31