TƏBİB valideynlərə müraciət etdi
24 Aprel 2020 11:07 Sosial"Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.
"OLAYLAR" xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib. "Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər".
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31