Ən çox sağalanlar siyahısına başçılıq edən ölkə - CƏDVƏL
24 Aprel 2020 10:16 SosialAmaniyada son 24 saat ərzində daha 2,337 nəfər koronavirusa yoluxub.
Olaylar.az xəbər verir ki, ölkədə qeydə alınan yoluxma hallarının sayı 153 min 129-a yüksəlib.
Bundan başqa, Almaniyada COVID-19-dan ölənlərin sayı 5,575-ə çatıb.
Qeyd edək ki, yoluxma hallarına görə dünyada ilk pillədə ABŞ qərarlaşıb. Bu ölkədə COVID-19 infeksiyasına yoluxanlarn sayı 886 min 709 nəfər təşkil edir.
Yoluxma hallarına görə dünyada ikinci sırada İspaniya qərarlaşıb. Bu ölkədə 213 min 24 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 22 min 157 nəfərdir.
Sağalanların sayına görə ilk pillədə Almaniya qərarlaşıb. Hazırda ölkədə sağalanların sayı 103 min 300 nəfərdir.

BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31