COVİD-19: Fürsətçilik, Sui-istifadə və Yarasa xisləti
23 Aprel 2020 20:03 SosialBununla, yardım edən əllər, dua edən əllərdən daha mərhəmətlidir.
AMMA, ancaq, lakin -
Bu arada yardım edilən zamanı bir qız uşağının ehtiyac içində danışan baxışları və ərzaq paketlərinə apardığı həsədi diqqətimi çəkdi.
Məni təsirləndirərək, düşündürərək bu postu yazmağa vadar etdi.
Məhz buna görə də yardımlaşmaq bakirə qalmalıdır.
Bunu təşfiq etmək üçün görk eləmək cəfəngdir, bunun yolları çoxdur.
COVİD-19 koronavirus pandemiyası ilə bağlı müsbət məqamlar maska geydi və mənfi xüsusiyyətlər masqasını yırtdı.
Bu kontekstdə "çörək və teatr" mövsümü aktual məsələlərdən biri olaraq gündəmi zəbt etdi.
Ümumilikdə bu infeksiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər sırasında ilk gündən "bir qismət əppəyə" ehtiyacı olan vətəndaşlarımıza edilən yardımların gözəyarı statistikasını aparsaq, ölkə əhalisinin yarıdan çoxunun ehtiyac içində olduğunu görə bilərik?!
Ancaq, elə ilk gündən bu xüsus trendə çevrildi və bir çoxları özünə əl qatdı. Təşviş və Panik-atak yaratdı.
Halbuki, buna bir müddət vaxt lazım idi. Bizim ailələrin "sülh şəraitində" bir aylıq ehtiyatı yoxdursa, "müharibə vəziyyətində" bəs necə olardı?!
Danılmazdır ki, bu kimi məsələlərdə milli birlik və həmrəylik həyati vacib əhəmiyyətlidir.
Bölüşmək üstün keyfiyyətdir, yardımlaşmaq insanpərvərlikdir və xeyiriyyəçilik şöhrətvericidir. Lakin fürsətçilər, yəni, fürsətdən sui-istifadə edənlər ortaya atılaraq elə canfəşanlıqla sosial şəbəkələri, KİV-ləri zəbt etdilər ki, elə bil bu "xeyirxahlıq mücəssimələri" olmasa dövlət çökəcək və xalq məhvə məhkum olacaq.
Ancaq adi məntiqlə belə nəticə çıxarmaq istəmədilər: bu "işsizliyin yaratdığı aclığın" səbəbkarı kimlərdi?!
Əcəba bizlərdən biridirmi və ya elə özüməmmi?!
Paxırımızı onda niyə açırıq ki,.
Vicdan qarşısında hesab verib düşünməlidirlər ki, dünən də daxil olmaqla, bu gün də öhdəmizə düşən vəzifəni şərəf və məsuliyyətlə yerinə yetirsəydik, hazırki "aclar portreti"nin sərgisini təşkil etməzdik?!
Təbii ki, bunu birmənalı və birrəngli olaraq heç ağıllarınada gətirmirlər, gətirməkdə istəmirlər.
Yoxsa Böyük şöhrətli Nəsirəddin Tusinin təbirincə desək "Ülfət ona deyilir ki, öz məişətlərini təmin etmək üçün müəyyən bir dəstə həmfikir və həməqidə olub, bir-birinə kömək etsin".
Amma paylaşmaq və yayımlamaq xətrinə deyil. (Konvertləşməyə həm bələd, həm də pərgarsınız - yadınıza salın - tam gizli və sanki ilah idi).
Sənin də payına bu düşübsə nə gözəl, nə pakizə.
Daha bunu kult etmək nə gərəkdir.
Bunu qəlbən hiss etmək üçün şəkillərə baxmaq və s. materiallara baxmaq kifayət edər.
Əksər görüntülərdə bir mənzərəni sezdim: yardım verənlərin gözlərindəki təkəbbürü - yardım alanların gözlərindəki tənəzzülü.
Unutmayaq, Sizin 3 nəfər piarşikinizlə 2 ədəd çörək və 1 kq qənd ilə "xeyriyyəçilik şounuzun iştirakçıları"nın çəkib-paylaşaldığınız şəkilləri arxivə çevrilir və ən əsası müvəqqəti sevinc şüuraltı yaddaşlarda silinməz iz buraxır.
Gələcəyimiz olanların zərif ürəklərinə həkk olmuş bunun qarşılığı var!
Elə psixologiya var ki, yaş artdıqca bunu əzilmiş və aşağılanmış qəbul edə bilir!
Axı, bunlar ən böyük adama çeviriləcək gələcək potensialımızdır. Onları çörək imtahanına çəkmək - özüdə imtahanı götürənlərin bu sərvətə sahib olmalarının mənbəyinin hardan qaynaqlandığını biləndə gələcəkləri qənaət indidən bəllidir.
Biz cəmiyyətə və ən əsası yetişən nəsillərə örnək olanda və ötürəndə elə dəyəri-gerçəyi nümayiş etməliyik ki, ona maddi-mənəvi haqqımız olsun.
Bir dəfə ürəyinizi vəchə gətirin.
Bunu qazanmısınızmı?!
Hələ-hələ Milli Məclisin Vl çağırış vəsiqəsini almış deputatlarının əksəriyyəti bu yükün ağırlığı və ciddiliyinin fərqinə varmırlar ya da istəmirlər. Millət Vəkilləri vətəndaş cəmiyyətinini, (QHT) nümayəndələrinin funksiyasını mənimsəmiş kimi görünürlər.
Biz, neft məmləkəti və milyonlar səltənətiyik. Səfil deyilik.
Burada qanunverici orqan elə fəaliyyət göstərilməlidir ki, əhali belə keçici fors-major hallarda çıxılmaz vəziyyətə düşməsin.
Deputatlıq sahibkarlıq və ya messenatlıq deyil, bu konstitusiyon səlahiyyət və xidmətdir.
Buna görədə onlar özlərini biznesmen və xeyiriyyəçi və s. kimi göstərməməli, Dövlət Başçısı cənab İlham Əliyevin reallaşdırdığı kompleks tədbirlərinin hüquqi bazasının təkmilləşdirilməsi üçün çalışmalıdırlar.
(Məvaciblərindən ayırdıqları yardım kimi).
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə dəstək verməlidirlər.
(Qanvermə aksiyası kimi).
Bilməlidirlər ki, öz vəzifə və funksiyalarını layiqincə yerinə yetirsələr, ən böyük dövləti addım olacaqdır.
Necə deyiblər "Öz vətənini sevmək-bəşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatan qədər buna kömək etmək deməkdir".
Unutmayaq,
Böyük Heydər Əliyevin qurucusu olduğu Neft Səltənəti bir aya və bir pandemiyaya nə batmaz nə də çökməz.
"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Sanki, illərdir müqəddəs dövlətimizin canın gəmirən və dəyanətli xalqımızın qanın soran "yarasa xislətli xeyirxahlar" bir anda tarixə adlarını qızıl hərflər ilə yazmağa əlverişli şərait qazamış oldular.
Qeyd:
Pandemiyanın yaranma səbəbkarı olduğu deyilən yarasaların belə "Qarşılıqlı özgəçilik" (əgər, vanpir yarasa gün ərzində şikar tapa bilməyibsə, digər yarasa ona sorduğu qandan bölüşür) adlandırılan yardımlaşma xüsusiyyətləri vardır.
Yəhya Babanlı