"Dərsdən sonra" teleproqramına start verilir
23 Aprel 2020 18:02 SosialAprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Dərsdən sonra" teleproqramına start verilir. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyi yayıb. Bildirilib ki, bu həftədən etibarən hər şənbə saat 12:20-də "Mədəniyyət" telekanalında "Dərsdən sonra" teleproqramı efirə gedəcək. Burada biliyi əyləncəli öyrənməklə yanaşı incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31