Azərbaycanda 948 nəfər koronavirusdan sağalıb

Hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. "Olaylar" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, onlardan 948 nəfər müalicə olunaraq sağalıb: "20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31