Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı etdi

Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı etdi

Aprelin 23-də Təhsil Nazirliyinin əməkdaşları Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış 82 məcburi köçkün ailəsinə ərzaq yardımı edib.

Nazirlikdən Olaylar.az-a bildirilib ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.

Yardım aksiyası aprelin 24-də də davam etdiriləcək. Bakı şəhəri Nəsimi rayonundakı aztəminatlı, həmçinin tək yaşayan yaşlı insanlar olmaqla 62 ailəyə ərzaq yardımı ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31