Azərbaycanda koronavirus həkimləri olacaq? - AÇIQLAMA
Azərbaycanda koronavirus həkimləri olacaq? - AÇIQLAMA
23 Aprel 2020 15:41 SosialKoronavirus pandemiyasının sürətlə bütün dünyaya yayılması bu sahədə mütəxəssislərin olmasına ehtiyac yaradıb.
Həmçinin, ölkəmizdə də infeksiya ilə bağlı kadrların yetişdirilməsi məsələsi gündəmə gəlib.
Bəs, Azərbaycan Tibb Universitetində bu sahə üzrə ixtisas yaradıla bilərmi?
Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası Şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib ki, sırf bu sahə üzrə olmasa da, epidemiologiya sahəsi üzrə ixtisaslar var. Həmçinin o qeyd edib ki, koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanalarda həkimlər təlimat keçiblər:
"Bizdə epidemiologiya sahəsi üzrə ixtisaslar var. Amma sırf bu pandemiya ilə bağlı ölkədə operativ olaraq qərargahın nəzdində tibb bölümü var. Əsas TƏBİB bu sahələri təşkil edib. Xüsusi olaraq, həmin xəstəxanalarda işləyən insanlar var ki, onlara əvvəlcədən təlimlər keçirilib. Geyim, əlcək, maska necə istifadə olunmalıdır - bütün nüanslar təlim keçirilib öyrədilib. Koronavirus da infeksiyon, yoluxucu xəstəlik olduğuna görə ayrıca yox, yoluxucu xəstəliklərin içərisində - epidemiologiya sahəsinin məşğul olacağı bir işdir. Amma bu xəstəlik digər xəstəliklərdən daha ağır olduğuna görə, onunla bağlı xüsusi təlimlər keçirilib. Gələcəkdə də bu davam etdiriləcək. Sırf bu sahənin öyrənilməsi üçün həkimlər olacaq".