İctimai işlərə cəlb olunanların sayı 51 minə çatıb
23 Aprel 2020 15:15 SosialÖdənişli ictimai işlər proqramına cəlb olunanların sayı artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a verilən məlumata görə, artıq 51 min şəxs DOST İş Mərkəzi tərəfindən əmək müqaviləsi əsasında bu işlərə cəlb olunub. Onlar ictimai əhəmiyyət kəsb edən işlərdə, o cümlədən abadlaşdırma, yaşıllaşdırma, dezinfeksiya, həssas qruplara sosial xidmətlərin göstərilməsi və s. işlərdə çalışırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31