Professor Əjdər İsmayılovun doğum günüdür
23 Aprel 2020 15:01 SosialBu gün Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun doğum günüdür.
Olaylar.az bildirir ki, Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur[2]. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur.
1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.
Əjdər İsmayıl 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir.
1961-ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Çomaxtur kənd səkkiz illik məktəbində yenidən müəllimlik fəaliyyətinə başlayaraq 1974-1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olmuş və məktəb direktoru işləmişdir.
1977-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət edilmiş, Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.
1990-cı ilin noyabr ayında təsis etdikləri "Şərur döyüşür" hərbi-cəbhə qəzetinin ilk sayı Şərur rayonu mətbəəsində onun Kremlin işğalçı siyasətini ifşa edən "İmperiya qoşunları Naxçıvan sərhədlərində" adlı məqaləsi ilə buraxılmışdır.
Əjdər İsmayılovun, habelə 24 aprel 1992-ci ildə Ali Sovetin binası qarşısında keçirilən Heydər Əliyevin "yaş senzi" mitinqlərindən başlayaraq, onun ətrafımda kifayət sayda birləşən "Heydərçilər"in müstəsna xidmətləri olmuşdu.
Xalqın Heydər Əliyevə olan sevgisi hakimiyyəti xilas etdi, fəlakət arxada qaldı. Səhəri günü hava işıqlaşanda saat 6-da Heydər Əliyevlə iş otağından çıxan yerdə görüşüb, onu evə yola salan üç nəfər - Şeyxülislam Hacı Allahşükür Paşazadə, Cəlal Əliyev bir də Əjdər İsmayılov olmuşdur.
1994-cü il 5 oktyabr tarixində Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə əhalinin iştitak etdiyi dövlət çevrilişinə həsr edilmiş mitinqin təşkilatçılarından biri Əjdər İsmayılov olmuşdu.