WhatsApp-a koronavirus stikerləri   əlavə olunub

WhatsApp messengerinə "Evdə birlikdə" adı altında stikerlər əlavə olunub.

Olaylar.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə ortaq iş kimi yaradılan paket 21 stikerdən ibarətdir.

Hazırda istifadəyə verilən stikerlər ərəbcə, ispanca, türkcə, fransızca, almanca, italyanca, rusca nəzərdə tutulub. Yeni stikerlərdən istifadə etmək üçün WhatsApp-da stikerlər bölümünü açmaq, sağda yerləşən "+" işarəsinə  vuraraq onları yükləmək lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31