Aptekdən 700 manat götürüb qaçdılar
23 Aprel 2020 10:56 SosialBakının Sabunçu rayonunda aptekə basqın edilib. "Olaylar"ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İbadova Esmira Loğman qızı polisə müraciə edərək bildirib ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq onu hədələyib. Naməlum şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31