Gizli fəaliyyət göstərən bərbərxana aşkar edilib

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib. Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31