Karantin rejimini pozan 1208 nəfər cərimələnib
23 Aprel 2020 10:30 SosialÖtən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən "Olaylar"a verilən məlumata görə, Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 22 aprel saat 00:00-dan 23 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1208 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31