Ebrunun 9 yaşlı oğlunun məzarı köçürüləcək

Pilates ustası və aparıcı Ebru Şallının bir neçə gün əvvəl dəfn edilən 9 yaşlı oğlu Parsın məzarının yeri dəyişdiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə musiqiçi Onur Akay məlumat verib.

O bildirib ki, uşağın məzarı bir il sonra İstanbulun Zincirlikuyu qəbristanlığına köçürüləcək.

Qeyd edək ki, Pars bir ildən çoxdur limfa vəzində xərçəng diaqnozu ilə müalicə alırdı. O, xəstəxanada dünyasını dəyişib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31