Müge Anlı evli kişidən hamilədir?

Şəxsi həyatı ilə gündəmə gəlməyi sevməyən türkiyəli məşhur aparıcı Müge Anlının evli bir kişidən hamilə olduğu irəli sürülüb.

Axşam.az xəbər verir ki, aparıcının həmin şəxslə evlənmək üçün onun boşanmasını gözlədiyi iddia edilib.

Müge vəkili vasitəsilə iddiaların yalan olduğunu və şayiələri yayan şəxsləri məhkəməyə verəcəyini bildirib:

"Müge koronavirus pandemiyasına görə verilişinə fasilə verib. Mənim müvəkkilimə qarşı irəli sürülən məqsədyönlü və eybəcər iddia tamamilə qeyri-realdır və müştərimin ictimai nüfuzuna xələl gətirməyə yönəlib. Məhkəmə orqanlarına müraciət edərək, bu tələbi yazılı və vizual mətbuatda dərc edən və onun nəşrinə vasitəçilik edən mətbuat və nəşriyyat təşkilatları barədə hüquqi proses başlanılacaq".

Qeyd edək ki, 46 yaşlı aparıcının keçmiş həyat yoldaşı Burhan Akdağdan bir qızı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31