Nazir Milli Suverenlik və Uşaq Bayramında iştirak edəcək
22 Aprel 2020 22:52 Sosial23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə keçiriləcək tədbirdə Azərbaycanın təhsilnaziri Ceyhun Bayramov da iştirak edəcək.
Olaylar. az bildirir ki, Türkiyə Böyük Millət Məclisinin quruluşunun 100-cü ildönümündə 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramımünasibətilə Yunus Əmrə İnstitutu tərəfindən dijital formatdatədbir təşkil ediləcək.
Tədbirdə Türkiyənin təhsil naziri Ziya Səlcuqla yanaşı,Azərbaycanın təhsil naziri Ceyhun Bayramov da iştirak edəcək.
"Zoom" adlı proqram vasitəsilə canlı yayımlanacaq tədbir YunusƏmrə İnstitutunun sosial media səhifələrində də izlənə biləcək. 58 ölkədən yüz uşağın mahnı oxuyub, şeir söyləyəcəyi və milli rəqslərifa edəcəyi "23 Aprel 100-cü İl Xüsusi Proqramı" adlı tədbirinaparıcılığını Pelin Çift edəcək.
Tədbirdə həmçinin Türkiyənin mədəniyyət və turizm nazirininmüavini Sərdar Çam, Bosniya və Herseqovinanın təhsil, mədəniyyət və elm naziri Rəşid Hadzoviç, Kosovanın təhsil, elm vətexnologiya nazirinin müavini Enis Kerva, Şimali Kipr TürkRespublikasının təhsil və mədəniyyət naziri Nazim Çavuşoğlu, Şimali Makedoniyanın dövlət naziri Elvin Həsən, ŞimaliMakedoniyanın mədəniyyət naziri Hüsni İsmaili və İordaniyaşəhzadəsi Asim bin Naif iştirak edəcək.
Program aprelin 23-də Türkiyə vaxtı ilə saat 16.00-da, Azərbaycanvaxtı ilə saat 17.00-da başlayacaq.