Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 100 ailəyə köməklik göstəriblər. DGK-dan "Olaylar"a bildirilib ki, bu dəfə Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər. Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31