Suraxanı RİH: "Dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında torpaq zəbtinin qarşısı alındı"

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) aprelin 21-də "Youtube" kanalında rayon ərazisində vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlunun "Suraxanı RİH Qarabağ qazisinin tikdiyi hasarı sökdü" haqqında təqdim etdiyi videomaterialla bağlı araşdırma aparıb.

RİH-dən sayta bildirilib ki, vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu tərəfindən Suraxanı  rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi  küçəsində,Heydər Əliyev prospektində yerləşən  dekorativ divarın yaxınlığında, yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında, dövlət mülkiyyətində və vətəndaşların ümumi istifadəsində olan  torpaq sahəsi zəbt olunmuş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparılmışdır. " Yerli icra hakimiyyətləri haqqında  Əsasnamə"nin 3.3.4. bəndinə əsasən bu cəhdin qarşısı alınmış,həmçinin "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.3. bəndinin tələblərinə əsasən həmin işlərin dayandırılması vətəndaş H.Abbasova tövsiyə edilmişdir. 

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş Abbasov Hüseynbala Əlipaşa oğlu avtomobil və 2019-cu ildə Abşeron rayonu, Məhəmmədi qəsəbəsində iki otaqlı mənzillə təmin olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31