Sosial təcrid tədbirləri aqrar sahənin inkişafına təsir etməyib

Xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb

Məlum olduğu kimi koronavirus pandemiyası dünya iqtisadiyyatına ciddi ziyan vurub. Dünya bazarında neftin qiyməti minimum səviyyəyə enib. Bu isə dünya ölkələrində qeyri-neft sektorunun inkişafını diktə edir. Bu sahədə isə başlıca amil kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Etiraf edilməlidir ki, kənd təsərrüfatına dəyən zərər, tətbiq olunan sosial təcrid tədbirlərinin davam etdirilməsi və istehsalın minimuma endirilməsi dünyada ərzaq qıtlığı kimi təhlükəni qaçılmaz edir. Sevindirici haldır ki, Azərbaycanda tətbiq olunan karantin rejimində bu kimi məsələlər ciddi şəkildə nəzərə alınaraq kənd təsərrüfatı sahəsində çalışan insanların fəaliyyətinin davam etdirilməsi üçün lazım olan şərait yaradılıb. Bu isə ondan xəbər verir ki, məlum səbəblərdən üzləşdiyimiz çətinliklərə, düşdüyümüz ziyanlara baxmayaraq, yenə də əsas və birinci hədəf Azərbaycan insanı, Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, maddi rifah halının yaxşılaşdırılmasıdır.  Əldə etdiyimiz məlumata görə, hazırda ölkədə mövsümi kənd təsərrüfatı işləri öz qaydasında aparılır. Məlumata görə, hazırda bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb. Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir. Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir. Taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. "Aqrolizinq" ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib.

Ölkənin kənd təsərrüfatının hazırki vəziyyəti ilə bağlı məsələyə uzun illər parlamentin Aqrar siyasət komitəsinə rəhbərlik etmiş millət vəkili Eldar İbrahimov aydınlıq gətirib. Millət vəkili qeyd edib ki, çox müsbət haldır ki, aqrar sektorda da fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq zəruri tədbirlər görülür: "Bildiyiniz kimi, hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub. Müşavirədə də qeyd edildiyi kimi, bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb. Həmçinin, bildirildiyi kimi, ölkə üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir. Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Bununla belə, fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən, bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir. Taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. "Aqrolizinq" ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, ölkə başçısının tapşırığına əsasən əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin, bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib və sair. Eyni zamanda, mikrokreditlərlə bağlı girov tələbi aradan qaldırılıb. Bu isə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması yaradılması ilə bağlı çox mühüm addımdır".

Onun sözlərinə görə,  ərzaq təhlükəsizliyi insanların yaşam və həyat təhlükəsizliydir. Ərzaq təhlükəsizliyini təmin, təşkil etmədən insanların yaşam və həyat təhlükəsizliyini təmin etmək mümkünsüdür. Ərzaq təhlükəsizliyi milli təhlükəsizlik məsələsi qədər vacib və ondan da öndə gələn məsələdir: " Bunlar, həmçinin, istər ölkə Prezidentinin, istərsə də müşavirəyə qatılan digər rəsmilərin çıxışlar zamanı səsləndirdikləri fikirlər Azərbaycanın gələcək inkişafı ilə bağlı nikbin, optimist olmağa əsas yaradır. Yəni, bir daha əmin olursan və inanırsan ki, bütün vəziyyətlərdə Azərbaycan dövləti, onun Rəhbəri çıxış yolları tapmağı bacarır. Bütün bunlar həm də onu deməyə əsas verir ki, biz bu bəlanı-koronavirus pandemiyasını da dəf edəcəyik, bu mübarizədə də birgə qalib gələcəyik. Son müşavirə bir daha bunun əyani nümunəsi və sübutu oldu".

Zəka  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31