Dövlət başçısı hər zaman xalqın sağlamlığı üçün mühüm addımlar atır

Fuad Heydərli: "Biz gənclər prezidentimizə təşəkkür edir, hər zaman ona dəstək olmağa söz veririk"

Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin bir neçə ay davam edən sosioloji sorğusunun nəticələri tam olaraq cəmiyyətə açıqlanıb. Sorğunun nəticələrindən məlum olub ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti dövlət başçısı Cənab İlham Əliyevi dəstəkləyir və ona inanır.

Azərbaycan vətəndaşlarının birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləməsi və ona etibar etməsi də təsadüfi deyil. Daha doğrusu bu inam və etibarın arxasında Cənab Prezidentin dövlət, dövlətçilik, xalq, vətəndaş üçün gördüyü işlər dayanır. Bütün dünyanı bürüyən koronavirus pandemiyası günlərində ölkə vətəndaşı olaraq bir daha bunun şahidi olduq. Bu baxımdan hər bir ictimaiyyət nümayəndəsi eyni qənaəti bölüşür. Xüsusilə gənclər bu günlərdə dövlət başçısının diqqət və qayğısını daha çox hiss etdiklərindən prezidentə təşəkkürlərini ifadə edir, ona minnətdarlıq məktubları ünvanlayırlar. Yeni Azərbaycan Partiyasının Səbail rayion Təşkilatının Gənclər Birliyinin sədr müavini Fuad Heydərli deyir ki, dövlətimiz, xüsusilə də dövlət başçısı Cənab İlham Əliyev hər zaman xalqın sağlamlığı, rahatlığı üçün bir sıra  mühüm addımlar atır.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqı üçün xidmətlərini danmaq qeyri mümkündür: "Son 2 aya nəzər salsaq görərik ki, Prezidentimiz dünyaya Azərbaycan xalqının birlikdə necə güclü bir dövlət olduğunu, Azərbaycan gənclərinin yüksək intellekt və biliyə malik olduğunu, Azərbaycan xalqının öz milli mənsubiyyətinə və sərvətlərinə böyük dəyər verdiyini sübut etdi. O, öz xalqına, gənclərinə inandı. Bunu 2 fevral Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı zamanı dövlət başçısının çıxışında da görmək olar. Bizləri Gənclər Günü münasibətilə ürəkdən təbrik edən dövlət başçısı bildirdi ki, Azərbaycanda Gənclər Günü 22 ildir qeyd olunur. "Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər". Bundan başqa fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna "Heydər Əliyev" ordenini təqdim edib. Bununla da o, mədəniyyətimizə verdiyi dəyəri bir daha sübut edir".

Fuad Heydərli daha sonra bunları qeyd edib: "Hər birimizə bəlli olduğu kimi Qarabağ münaqişəsi dünyaya səs salıb. Bu münaqişənin həllinə dair Prezidentimiz öz səylərini göstərir. Fevral ayının 15-də keçirilmiş Münhen təhlükəsizlik konfransında bunu bir daha görmək mümkündür. Siyasi gündəmin prioritet mövzusu fevralın 15-i Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən debat oldu. Bu müzakirələr tam olaraq Azərbaycan Respublikasının  Prezidentinin açıq üstünlüyü ilə baş tutdu. Nikol Paşinyanın debat zamanı tarixi faktları təhrif etməsi, ingilis dilində normal danışa bilməməsi, həmçinin əsassız siyasi təhlili onu çıxılmaz və gülünc vəziyyətə saldı. Bunu beynəlxalq qurumların təmsilçiləri ilə yanaşı, Ermənistanın tarixçi və jurnalistləri də etiraf edirlər". Fuad Heydərli onu da qeyd edib ki,  günümüzdə koronovirus (COVİD 19) pandemiyasının sürətlə yayıldığı bir zamanda Prezidentimiz xalqının sağlamlığı üçün bir sıra mühüm addımlar atır: "Sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi barədə göstərişlər verilib. Bundan əlavə Cənab Prezident bir illik əmək haqqını Koronovirusa Qarşı Mübarizə Fonduna ianə edib.  Bu qeyd etdiklərimiz dövlət başçımızın sadəcə son 2 ayda göstərdiyi xidmətlərin sadəcə bir qismidir. Gəlin xalq olaraq prezidentimizin addımladığı ağır və məsuliyyətli yolda ona dəstək olaq! Çünki biz birlikdə güclüyük!"

Fuad Heydərli onu da diqqətə çatdırıb ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah hüquq mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib. Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər: "COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təlim tədris prosesləri dayandırıldığından Təhsil Nazirliyi ali təhsil müəssələrində təhsil alan tələbələrin təhsil haqlarından azad edib.  Təhsil Nazirliyinə qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir. Qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.  Qeyd edək ki, bu qrupa aid edilən tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyən ediləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.  Bundan əlavə xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 2 misli miqdarında müddətli əlavə müəyyən edilib".

Fuad Heydərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi  Prezidentimizin Azərbaycan vətəndaşının sağlamlığına nə dərəcəd diqqət yetirdiyini bir daha təsdiqləyir: "Biz gənclər prezidentimizə təşəkkür edir, hər zaman ona dəstək olmağa söz veririk. Çünki, biz birlikdə güclüyük".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31