Sərnişinlərin müfaviq icazələrinin olub-olmaması qatarlar hərəkətdə olarkən yoxlanılacaq
22 Aprel 2020 10:16 SosialXüsusi karantin rejimi günlərində Abşeron dairəvi dəmir yolu xəttindən istifadə edən sərnişinlərin müfaviq icazələrinin olub-olmaması bundan sonra qatarlar hərəkətdə olarkən yoxlanılacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katubliyi yayıb.
Bildirilib ki, belə bir addımın atılmasında məqsəd sərnişinlərin stansiyalarda vaxt itkisinin qarşısını almaq və sosial məsafə saxlanılması tədbirlərini gücləndirməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31