Brilliant Afaq Bəşirqızı haqda görün nə dedi : "Hər sözdən bir qəmbərqulu..."
21 Aprel 2020 20:25 SosialXalq artisti Briliant Dadaşova həmkarı Afaq Bəşirqızını müdafiə edib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb: "Deməli, xalqımıza qarşı yönəlmiş informasiya müharibəsi sürətlə davam edir. Susdurun ziyalıları, şairləri, aktyorları... O informasiya müharibəsini, gözdən salma kampaniyasını aparanlar, höküməti, millət vəkillərini, ziyalıları və tanınmış insanları təhqir edib, hər sözdən bir qəmbərqulu çıxarıb, situasiyanı istədikləri istiqamətə yönəldirlər.
Xalqın, inkişafın ən aşağı pilləsində dayananlar isə özləri də bilmədən özümüzü baltalayırlar".
Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızının "Elgizlə izlə" verilişində qeyri-etik ifadə işlətməsi sosial şəbəkələrdə də müzakirə edilərək tənqidlərə məruz qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31