Postkoronavirus dövründə bunları nəzərə almaq lazım gələcək

"Azərbaycanın iqlim şəraiti o qədər də əlverişli deyil. Azərbaycanın əraziləri əsasən 90 faizdən çoxu əsasən subtropik iqlim qurşağına düşür". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki,  ölkənin 55 faiz ərazisində yarımsəhra iqlim tipi üstünlük təşkil edir: "Azərbaycanda əkinə yaralı torpaqlar 40 faizdən azdır. Azərbaycanda içməli su qıtlığı var. Azərbaycanın Kür-Azar zonası demək olar tamamilə Xəzər dənizinin yatağı olub və bu səbəbdən torpaqlarda erroziya prosesləri gedir. Vaxtilə qurunt sualarının səviyyəsini süni surətdə aşağı salmaqla bu torpaqları qismən əkinə yaralı edirdilər. Hazırda sovet dövründə qurulan drenaj sistemi bu ərazilərdə demək olar sıradan çıxıb".
Sahib Məmmədov deyib ki, Azərbaycanda hazırda bir kvadrat kilometrə orta hesabla 142 nəfər düşür və bu çox böyük rəqəmdir: "Qonşu Qazaxıstanda bu rəqəm 6,2 nəfər, Rusiyada 8,5 nəfərdir. Ona görə də postkorona dövründə bütün bunları nəzər almaq lazım olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31