Tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə 25 mindən çox ərzaq payı verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə  25 mindən çox ərzaq payı verilib.  Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib. 

Sosial  tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən bu sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəsilə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir. Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31