KİV haqqında qanunda dəyişiklik edilir
21 Aprel 2020 14:59 SosialMilli Məclisin (MM) İnsan hüquqları komitəsinin bugünkü iclasında Ombudsmanın hesabatı ilə yanaşı, başqa bir neçə qanun layihəsi də müzakirə olunub.
MM-dən "Olaylar"a daxil olan məlumata görə, belə ki, iclasda komitə üzvləri "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda müzakirə ediblər. Qısa müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31