Əflatun Amaşov: “Azərbaycanla Gürcüstanı birləşdirən əsas məqam hər iki ölkənin ərazisinin işğal altında olmasıdır”
Azərbaycan və Gürcüstan xalqları oxşar mədəniyyətlərə sahibdir. Bizim oxşar taleyimiz və faciələrimiz var.
10 Aprel 2019 06:49 SosialAzərbaycan və Gürcüstan xalqları oxşar mədəniyyətlərə sahibdir. Bizim oxşar taleyimiz və faciələrimiz var.
Bunu Gürcüstanda baş verən 1989-cu il 9 aprel hadisəsinin 30-cu ildönümünə həsr olunmuş Bakıda keçirilən tədbirdə Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.
O, qeyd edib ki, iki xalqı birləşdirən əsas məqam hər iki ölkənin ərazisinin bir hissəsinin işğal altında olmasıdır: Həm Gürcüstanın, həm də Azərbaycanın 20% torpağı işğal altındadır. Biz bütün tədbirlərdə, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirik.
Ə.Amaşovun sözlərinə görə, Azərbaycan və Gürcüstanın birliyi regiona sülh və əmin-amanlıq gətirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31