Xidmət müddəti bitmiş əsgərlər təxris olunublar
2 Aprel 2019 14:41 SosialAzərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Penitensiar xidmətin Mühafizə Alayında həqiqi hərbi xidmət müddətini başa vurmuş hərbi qulluqçuların edtiyata buraxılması davam etdirilir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Mühafizə Alayında təntənəli tədbir keçirilmiş, hərbi ximətlərini başa vurmuş əsgərlərə hərbi biletləri təqdim edilmş, onlara Xidmət rəhbərliyinin təbrik və təşəkkürləri çatdırılmış, gələcək həyatlarında uğurlar arzulanmışdır.