“Aprel döyüşləri şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib
2 Aprel 2019 14:39 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında "Aprel döyüşləri şanlı qələbəmizdir " mövzusunda tədbir keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, dövlət himninin səsləndikdən sonra vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Mühafizə alayının komandiri ədliyyə polkovnik-leytenantı İlqar Müseyibov xalqımızın və ordumuzun düşmən üzrərində zəfərini və mübarizlik əzmini yaşadan bu tarixi gün haqqında geniş məruzə ilə çıxış etmişdir. Tədbirdə iştirak edən aprel qaziləri adından çıxış edən Anar Məmmədov Azərbaycan ordusunun Aprel döyüşlərindəki yolu haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Azərbaycan Silahlı Qüvvələrinin zabiti - Xüsusi Təyinantlı Qüvvələrin kəşfiyyat rəisi olmuş şəhid polkovnik Vüqar Yusifovun qardaşı, Mühafizə alayının əsgəri Pərviz Yusifov və şəhid Hüseyn Dəmirlinin qardaşı, Mühafizə alayının əsgəri Rəhman Dəmirli tədbir iştirakçıları qarşısında çıxış edərək şəhid qardaşlarının keçdiyi döyüş yolundan danışmış və onlara hər zaman göstərilən diqqət və qayğıya görə Dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər. Həmin əsgərlər nümunəvi xidmətlərinə görə "kiçik çavuş" hərbi rütbəsinə layiq görülmüşlər. Tədbirdə Aprel döyüşlərinə həsr edlmiş video film nümayiş etdirilmişdir.