Bakıda avtobus mağazaya çırpıldı: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. 

Bununla bağlı məlumat sosial şəbəkədə paylaşılıb. 

Bildirilib ki, bugün 07:30 radələrində "10-TG-992" dövlət nömrə nişanlı 62 saylı sərnişin avtobusu Tusi küçəsində mağazaya çırpılıb. 

Qəzanın səbəbləri məlum deyil. Hadisə zamanı yaralıların olduğu qeyd edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31