Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək
1 Aprel 2019 16:23 SosialTəhsil naziri Ceyhun Bayramov aprelin 11-də Samux şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərini qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirlikdən daxil olub. Bildirilib ki, qəbulda Samux, Göygöl, Kəlbəcər rayonlarında və Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 1-5 aprel 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının "Vətəndaşların qəbulu" bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.