Müəllimlər üçün müsabiqəyə start verilib

Aprelin 1-dən respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilib. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Bu proses aprelin 5-dək davam edəcək.

Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31