Keçən ay AQTA-ya 1316 müraciət daxil olub
1 Aprel 2019 16:18 Sosial2019-cu ilin mart ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 "Çağrı Mərkəzi"nə ümumilikdə 1316 müraciət daxil olub. "OLAYLAR"-a AQTA-dan bildirilib ki, daxil olan müraciətlərdən 257-si sertifikatlaşdırma və qeydiyyat, 319-u idxal-ixrac əməliyyatları, 96-sı istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 28 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 112-si işə qəbulla, 504-ü isə digər xarakterli müraciətlər olmuşdur. Qeyd edək ki, Agentliyin 1003 "Çağrı Mərkəzi" bayram günlərində də vətəndaşlara fasiləsiz xidmət göstərib.