Şirvanda qadın və uşaq hüquqlarının müdafiəsi məsələsi müzakirə ediləcək
1 Aprel 2019 14:12 Sosial5 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da Şirvan şəhərində Gənclər evində vətəndaşların qəbulunu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, qəbulda Neftçala, Cəbrayıl, Saatlı, Sabirabad, Salyan, Hacıqabul, Füzuli, İmişli, Şirvan rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Şirvan şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.