“Aprel Zəfəri”nə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan Respublikası Gənclər Fondu

"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər kuboku:Aprel zəfəri" layihəsinin açılış mərasimi baş tutub. "OLAYLAR" xəbər verir ki,  Aprel şəhidlərinin xatirəsinə həsr olunan layihənin açılış mərasimində dövlət rəsmiləri, media nümayəndələri, idmançılar, Aprel qaziləri, ehtiyatda olan zabitlər, "İrəli" İB üzvləri iştirak edib.

Tədbirin I hissəsində Qarabağ müharibəsi veteranı, siyasi ekspert Arzu Nağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur.

Daha sonra Aprel Qaziləri-leytenant Müzəffər Bahadurov, Ehtiyatda olan zabit, baş leytenant Loğman Məmmədov, Ehtiyatda olan gizir Elməddin Ağayev, Ceyhun Alıcanov çıxış edərək bildiriblər ki, Aprel doyüşləri xalqımızın şanlı tarixidir.

Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə idman sahəsinin gənclərin sağlamlığı üçün olan əhəmiyyətindən danışıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. Fərid Cəfərov çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verdi.

"İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib.

Daha sonra püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 6 aprel tarixindən etibarən layihəni əhatə edəcək Futbol, Voleybol, Səmti müəyyənetmə, Yüngül atletika, Paintball, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31