Sürücülərin nəzərinə - Gecə saatlarında Bakının bu küçələrində...
31 Mart 2019 16:22 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib.
Müraciətdə Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 mart saat 22:00-dan 1 aprel səhər saatlarına kimi Parlament pr-ti, həmçinin Mehdi Hüseyn, Teymur Elçin, Lermontov və İstiqlaliyyət küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılacağı bildirilib:
"Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur".
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31