Qonşu ölkədə DƏHŞƏT - Həyat yoldaşının ailəsindən 9 nəfəri güllələyib öldürdü
31 Mart 2019 12:53 Sosialİranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahdan güllələyib.
Bunu İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada həlak olub. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o ağır yaralıdır".(Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31