Azərbaycanlı jurnalistin sənədli filmləri qırğız və çin dilinə tərcümə edilib dublyaj ediləcək
10 Mart 2019 13:38 SosialBişkekdə fəaliyyət göstərən NazarNews.kg informasiya agentliyində Bakı Slavyan universitetinin professoru, əməkdar jurnalist Şəlalə Həsənovanın "Erməniləşdirilmiş Alban kilsələri AKAK ın sənədlərində" adlı elmi məqaləsi dərc edilmişdir. Məqalədə, Alban kilsələrinin sonradan erməniləşdirilməsi tarixi fakt və sənədlərlə öz əksini tapıb. Məqaləni bu linkdən oxumaq olar: http://www.nazarnews.kg/news/32403?fbclid=IwAR0C37zwNeXGoKVA97noUmYVJO0r-M_ZIKNj_u8MRPbuw34In-aBUCmdhrY
Qeydə edək ki professor Şəlalə Həsənova həm də bir sıra sənədli filmlərin müəllifidir. Filmlərdən: "Ermənilərin Kavkaza kökürülməsinin xronikası", "İlk xristian dövlətlərinin izi ilə", "Bizim mirasımıza güllə atmayın", "Yerevanda azərbaycançılıq izi ilə", böyük əks sədaya malik olmuşdur. Adı çəkilən bu dörd film Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız və çin dillərinə tərcümə edilib dublyaj edilərək geniş tamaşaçı auditoriyasının ixtiyarına veriləcəkdir. Filmin tərücmə və dublyaj etdirilməsində əsas məqsəd ermənilərin törətdikləri vəhşilikəri dünya ictimaiətinə çatdırmaqdır.