Vəkillər Kollegiyasının imicinə kölgə salmaq cəhdləri

Rövşən Qasımov: "Görünür qurumun uğurları kimlərisə narahat etməyə başlayıb"

Son günlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına , onun rəhbərliyinə və ümumiyyətlə vəkillərə qarşı müxtəlif fikirlər səsləndirilməkdədir.  Vəkil Rövşən Qasımov bildirib ki, Kollegiya rəhbərliyi hər cür iftiralara və əsassız ittihamlara özünün gərgin, yorulmaz, prinsipial fəaliyyəti və bu fəaliyyətə adekvat uğurları ilə ən doğru və ən layiqli şəkildə cavabını verməkdədir: "Azərbaycan vəkilliyi son bir ildə həm forma, həm də məzmun baxımından inanılmaz şəkildə dəyişilib. Yeni, müasir standartlara cavab verən bina inşa edilməsi, köhnə qurumların əsaslı şəkildə təmir olunması, regionlarda ondan artıq yeni qurumun yaradılması görülən işlər sırasındadır. Bu müddət ərzində üzvlərin sayının iki dəfəyə qədər artırılması, ölkəmizdə hazırda heç bir sahədə olmayan üzvlüyə qəbul prosesinin daimi əsaslarla aparılması,  "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna çoxsaylı müsbət dəyişikliklərlə yanaşı, vəkilliyə qəbul zamanı gənc hüquqşünaslara yeni imkanların yaradılması məqsədi ilə üç illik təcrübə tələbinin azaldılması ilə bağlı təklifin irəli sürülməsi yeniliklərdən xəbər verir.

Vəkillər Kollegiyasının xətti ilə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin təşkili ilə yanaşı, həm də bir çox beynəlxalq mötəbər tədbirlərdə iştirak, ən ucqar kənddə oturan bir vətəndaşın rahat şəkildə istifadı edə biləcəyi saytın istifadəyə verilməsi, həmin saytda bütün ölkə üzrə vəkillərin reyestri, qaynar xətt, hər bir vəkil üçün elektron kabinetin yaradılması, hər həftə hansısa bir regionumuzda yaşayan aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardımların göstərilməsi qurumun fəaliyyətinin göstəricisidir. Müstəqil dövlətimizin bu sahədəki uğurlarına özünəməxsus  töhfəni verməyə hesablanmış bu kimi çoxsaylı  yenilikləri görməmək sadəcə qərəz, mənəvi kasıblıq və acizlikdən başqa bir şey deyildir. Çox qısa zamanda bu qədər uğurun fonunda beş, on qanunu pozan, özlərini müstəsna hesab edərək qanunlardan üstün sayan vəkilin fəaliyyətinin dayandırılmasını vəkilliklə mübarizə saymaq hansı məntiqə və hansı düşüncəyə əsaslanır? İslahat, yenilik və inkişaf başqa formada necə olur?".

Onun sözlərinə görə, son günlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasına , onun rəhbərliyinə və ümumiyyətlə vəkillərə qarşı faktlara əsaslanmayan , mənbəyi göstərilməyən şayiələr sosial şəbəklərə ayaq açmağa başlayıb: "Bu fikirlər belə qənaətə gəlməyə əsas verir ki, onların mənbəyi üç istiqamətdən qaynaqlanır. Hər üç qaynağın məqsədi hansı yolla olursa olsun, vəkilliyin sürətlə inişafına kölgə salmaq, qisa bir müddət ərzində əldə olunan uğurları ləkləmək və ən nəhayət vətəndaş hüquq və azadlıqlarının müdafiəsində  böyük rolu olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası barəsində mənfi imic yaratmaqdır.  Lakin Azərbaycan Respublikası Vəkillər Kollegiyası öz fəaliyyətində ictimayyəti əməli işləri ilə məlumatlandırır. Bu məlumatlandırma sosial şəbəkələrdə və digər vasitələrlə həyata keçirilir. Hər bir halda belə bir fikirlərin formalaşdıraraq yayılması vəkil olaraq məni narahat edir. Bu ittihamlar  Vəkillər Kollegiyasının 2017-ci ilin dekabrından etibarən edilən dəyişiliklər və əldə olunan uğurları həzm edə bilməyən daxili və xarici əleyhdarların qarayaxma fəaliyyətidir. Görünür Vəkillər Kollegiyasının beynəxlaq görüşlər  keçirməsi, müxtəlif ölkələrin vəkillər kollegiyaları ilə əməkdaşlq barədə razılığın əldə etməsi, Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmasındakı rolu ölkə daxili və xarici antiAzərbaycan qüvvələrini narahat etməyə başlayıb. Vəkillər Kollegiyasının əldə etdiyi uğurları təbliğ etmək əvəzinə, olmayan şeyi uydurub tirajlamaq  xoşagəlməz haldır. Odur ki , Vəkillər Kollegiyasını və hər hansı bir vəkili ittiahm etməzdən əvvəl insan özünə sual verməlidir ki, mən kiməm, kim olmuşam? Bu suala aydın cavab tapdıqdan sonra başqa şəxslər barədə fikir söyləmək olar".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31