“Xocalı şikəstəsi” təqdim edildi

Beynəlxalq Avrasiya Mətbuat Fondunda Moskvada yaşayan jurnalist Ulduz Qasımın "Xocalı şikəstəsi" kitabının təqdimat mərasimi keçirildi. Olaylar.az bildirir ki, təqdimatda media kapitanları, ictimai xadimlər iştirak edirdi.

Tədbiri giruiş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirdi ki, Xocalı faciəsi ilə bağlı tədbirlər tək fevral ayının 25-26-sı yox, ilboyu davam etdirilməlidir. "Xocalı haqqında yazılan bütün yazılar, əsərlər  tarixdir. Bu mənada Moskvada yaşaya-yaşaya illərlə zəhmət çəkib düşüncələrini Xocalıdan bəhs edən əsərə çevirmək böyük qəhrəmanlıqdır. Fikrimcə, əsər rus və ingilis dillərinə də tərcümə olunmalı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmalıdır. Xocalı facisəindən bəhs edən bütün əsərlərin təbliğ olunması vacibdir.

"Xocalı şikəstəsi" əsərinin "Xocalı fəryadı" adı ilə türk dilinə tərcümə edən İmdat Avşar da bu ağrını, faciəni ən az bir azərbaycanlı qədər duyub, yaşayıb."

Yazıçı-publisist Rəhilə Gülgün çıxışında kitab haqqında fikirlərini bölüşüb, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb. "Prezident İlham Əliyevin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında" 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ölkəmizdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bugünkü tədbir də bunlardan biridir. O qeyd edib ki, Ulduz Qasım Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ötən əsrin 80-90-cı illərində mətbuatımızda "Ulduz İmanova" imzası ilə publisistik yazıları, kiçik həcmli hekayələri işıq üzü görüb. Sonra isə taleyin hökmü ilə Moskva şəhərinə köçüb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. "Mən aşiqəm Qarabağda", "Tələbə gündəliyi", "Qürbət Zöhrəsi", "Açılmayan sirlər" kimi kitabların müəllifidir. "Qürbət Zöhrəsi" İstanbulda türk dilində də çapdan çıxıb. V.Bəhmənli deyib ki, Ulduz xanım təbiətindəki yenilməz milli qürur hissini, yurda, dilə, valideynlərinə, adət-ənənələrə, İslam inancına bağlılığını qoruyub saxlayıb. Elə bu səbəbdən də "Xocalı şikəstəsi" kimi romanı yaza bilib."

Təqdimatda çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd etdi ki, Xocalı faciəsinə və eləcə də ölkəmizin başına gətirilən müsibətlərə hər bir vətəndaş öz mövqeyini bildirməlidir. "Bu gün Azərbaycan həqiqətləri cənab prezident İlham Əliyevin rəhbərliyi və apardığı siyasət nəticəsində, Mehriban xanım Əliyeva və Leyla Əliyevanın təşəbbüsü ilə uğurla aparılan "Xocalıya ədalət" beynəlxalq təbliğat kompaniyası nəticəsində biz bir çox dövlətlərin Xocalı faciəsini soyqırım kimi qəbul rtmələrinə nail olduq. Düşünürəm ki, siyasi fəaliyyətlə yanaşı, bi zhəm də öz faciələrimizi mədəniyyətimizin, ədəbiyyatımızın sayəsində dünyaya çatdıra bilərik. Bu baxımdan bu gün bu mövzuda yazılacaq əsərlərə böyük ehtiyacımız var".

"Xocalı şikəstəsi" romanını türk dilinə çevirən Azərbaycan ədəbiyyatının yaxın dostu İmdad Avşar tarixi hadisələrin gələcək nəslə, eləcə də dünyaya çatdırılmasında ədəbiyyatın və sənətin rolundan danışıb. "Bu baxımdan "Xocalı şikəstəsi" müxtəlif dillərə tərcümə olunmalıdır. Bu təkcə Azərbaycanın deyil, türk dünyasının faciəsidir. Biz mədəniyyətimnizn, ədəbiyyatımızn bizə verdiyi güclə haqq səsimizi dünyaya çatdırmalıyıq.

Romanda hadisələr çox həyacanlı təsvir olunub. Əsəri oxuyarkən, sanki Xocalı facisəindən bəhs edən bir film izləyirik. Gənclərin keçmişimizə sahib çıxaraq, gələcəyə doğru inamla addımlamaları üçün bu romanı mütləq oxumalıdırlar". 
Təqdimatda çıxış edən "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz bildirdi ki, Xocalı faciəsi tək bu gün yox, günlərlə danışılmalı, təbliğ olunmalıdır. "Əgər, 1918 -ci ilədən bu müasir dövrümüzə qədər baş verən hadisələri lentə almaq, onlar haqqında ədəbiyyatlar, romanlar yazmaq imkanımız olsaydı, o zaman biz Xocalı faciəsini yaşamazdıq. Yazılan kitablar, çəkiləcək filmlər bizim keçmişimizi gələcəyə daşıyır. Çox yaxşı olardı ki, faciələrimizdən, qəhrəmanlarımızdan bəhs edən romanlardan filmlər çəkilsin.

Biz bir millət kimi toparlanıb, gələcəkdə bu cür faciələırin bir daha yaşanmaması üçün çalışmalıyıq. 2-3 nəsil keçəcək və bu faciələr yalnız kitablarda yaşayacaq. Bu romanı oxumaqla 27 il bundan pöncə baş verən hadisələri görə bilirik. Əminək ki, biz Xocalının qisasını alacağıq".

Sonda kitabın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib. Xocalı hadisələrinin hər bir azərbaycanlının yaralı yeri olduğunu söyləyən yazıçı romanın real hadisələr əsasında yazıldığını bildirib.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31