Bu gün qəfil dünyasını dəyişən icra başçısının – Həyatı
25 Fevral 2019 10:30 SosialBu gün qəfil dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.
Axar.az xəbər verir ki, R.İbrahimov 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildən Azneft İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestində iş icraçısı olaraq başlayıb.
ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Naftalan İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvü idi.