Mübariz qırmızı xətdir, onu keçmək olmaz – Zifəroğlu
16 Dekabr 2018 15:51 SosialHər xalqın, millətin öz qırmızı cizgiləri var.
Axar.az xəbər verir ki, bu sözləri analitik Vüqar Zifəroğlu Milli Qəhrəman Mübariz İbrahimovla bağlı deyib. O bildirib ki, bu cizgilər, sadəcə, biri istəyib deyə, mövcud deyil:
"Onlar - həmin xalqın, millətin yüzillər boyu genetik yaddaşından süzülərək gəlmiş, nəsildən nəsilə ötürülərək formalaşmış dəyərlər sistemidir. Dövlətçilik tarixi 5 min ilə dayanan türk millətində vətən yolunda, sevdiklərinin uğruna canını fəda edə bilmək bir ərdəmdir".
Analitik vurğulayıb ki, bu böyük şanlı millət şəhidlərini baş tacı edən bir kültürün, inancın sahibidir:
"İslamı qəbul etməmişdən öncə də, indi adına şəhidlik dediyimiz bu böyük fədakarlıq, türk millətinin dünya tarixinin istənilən mərhələsində bir varlıq dastanı yaza bilmək cəsarətinin iftixar qaynağı olub və olmaqdadır. Min illərdir bizi biz edən də məhz budur. Dəyərlərimizə, şəhidlərimizə toxunmayın!"