Su olmayacaq: “Azərsu” abunəçilərdən üzr istəyir

Bu gün Bakının Yasamal rayonuna içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Olaylar.az-a "Azərsu" ASC-dən məlumat verilib. 

Məlumata görə, rayonun ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsində su kəsiləcək. 

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31