Bakının mərkəzində yolun çökmə səbəbi açıqlandı
17 Oktyabr 2018 17:47 SosialPaytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsinin çökmə səbəbi orada tikinti işlərinin normalara uyğun aparılmaması və yolun dayanaqlığının öyrənilməməsidir. "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.Onun sözlərinə görə, dəymiş ziyan tikinti şirkəti tərəfindən ödəniləcək: "Hazırda yola dəymiş ziyanla bağlı araşdırmalar aparılır. Artıq tikinti şirkəti ilə danışıqlar gedir, çox güman ki, yola dəymiş ziyan tam olaraq şirkət tərəfindən ödəniləcək". A.Nəcəfli qeyd edib ki, yolun bərpasına artıq sabahdan başlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31