Bakıda eyvanlarda paltar asılan iplər kəsilir
Nərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilib.
21 İyun 2018 18:06 SosialNərimanov rayonunda yerləşən bir neçə binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilib.
Bunu rayonun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib.
Onun sözlərinə görə, binaların fasadına xələl gətirən nə varsa, mütəmadi olaraq İcra Hakimiyyəti tərəfindən yığışdırılır:
"Yalnız prospektə baxan binalar deyil, digər küçələrdə də binanın eyvanlarından paltar qurutmaq üçün asılan iplər kəsilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31