Qusarda fındıq bağı yanıb

Qusar rayonunun Minaxür kəndində fındıq bağı yanıb.

Ümumi sahəsi 415 ha olan fındıq bağında yeni salınmış qələmlər və quru ot 100 ha sahədə yanıb.

Bağın qalan hissəsi, yaxınlıqdakı biçilməmiş taxıl sahələri və ferma yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31