Baytarlıq Xidməti regionlarda heyvandarlıq təsərrüfatını yoxladı

9-10 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.

9-10 iyun tarixlərində in (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.

Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin  idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb. B.Rzayev həmçinin, İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən "AZZA Aqro" MMC-ə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub. Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə olunub. Həmçinin, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib. Bildirilib ki, təsərrüfatda saxlanılan heyvanların sağlamlığı tam təmin edilir və baytar həkiminin nəzarəti altında vaxtında peyvəndləmələr aparılır. Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşün sonunda təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31