I sinfə qəbulun ilk mərhələsi yekunlaşır

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşır.

Paytaxtın ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-ü yekunlaşır.

"OLAYLAR" BŞTİ-yə istinadən xəbər verir ki, yeni dərs ili üçün I mərhələdə (22 fevral-14 iyun) onlayn qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər. I sinfə qəbul prosesində 14 iyun tarixinədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-nə kimi məktəbə təqdim olunmadığı halda, həmin sorğu sistemdən silinəcək.

Elektron sənəd qəbulunun II mərhələsinə iyunun 15-dən start veriləcək. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. İkinci mərhələdə sənədlərin məktəbə təqdim olunma müddəti 20 iyun 2018-ci ildən 18 sentyabr 2018-ci ilə (iyul ayı istisna olmaqla) qədər davam edir.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Ümumilikdə, 2018-2019-cu tədris ili üçün bugünədək I sinfə qəbul üzrə 42 325 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 85 faizinə yaxın göstəricidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31