Şərqi Avropa və Cənubi Qafqaz bölgəsinin Milli Gənclər Şuraları Bakıda toplaşacaq
Bakı şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi” layihəsinə start verilir.
11 İyun 2018 11:53 SosialBakı şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi" layihəsinə start verilir.
Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, 4 gün davam edəcək layihədə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Moldova, Türkiyənin Milli Gənclər Şuralarının 20 gənc nümayəndəsi iştirak edir.
Layihənin məqsədi Şərqi Avropa və Cənubi Qafqaz regionlarında gənclərin qərarvericilik prosesində iştirakının gücləndirilməsi üçün Milli Gənclər Şuraların tərəfindən hazırlanan iştirak mexanizminin tərtib olunmasından ibarətdir.
4 gün davam edəcək layihə müddətində Şərqi Avropa və Cənubi Qafqaz bölgəsinin Gənclər Şəbəkəsinin Milli Gənclər Şuralarının əsas qərarverici nümayəndələri toplanaraq, öz ölkələrində gənclərin durumuna əsasən strateji planın hazırlanmasında iştirak edəcəklər. Seminarlar zamanı Azərbaycanda və digər ölkələrdə gənclər siyasəti ilə bağlı hazirki vəziyyətin analiz olunması və problemlərin müzakirəsi baş tutacaq. Müzakirə əsasında müəyyən olunmuş məqsədlərə çatması istiqamətində strateji planlama hazırlanacaq və 4 günün sonunda ərsəyə gələn strateji plan üzrə nümayəndələr öz ölkələrinə fəaliyyətə başlayacaqlar. Belə ki, iştirakçılar öz ölkələrində gənclərlə işləyən dövlət qurumlara müraciət edərək, gənclərin təmsil olunduğu Məşvərət Şuraların Yaradılması üçün danışıqlar aparacaqlar.