"Rozaya dedin ki, mama, papa ilə siqaretə çıxa bilərəm?" - Cavidandan Hüseynə sərt sözlər - Video
11 İyun 2018 05:43 Sosial"Maşın" şouda Hüseyn Əzizoğlunun əməkdar artist Abbas Bağırovu qəfildən çıxartması müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, yarışmanın keçmiş iştirakçısı Cavidan Novruz məsələyə rəsmi səhifəsində münasibət bildirib: "Yarışmadan çıxan günü şokda idim. Bu gün lap şoka düşdüm. Heç yadımdan çıxmaz, oteldə Roza xanıma dedin ki, mama, papa siqarət çəkməyə çıxıb. Olar mən də çıxım? Bunu deyən adamsan. Adam atasının kürəyindən vurar? Sən Abbası çıxarmaqla düz eləmədin. Ona ata kimi baxırdın. Mənim getməyim üçün imkanlı dostlarından səs istəyən xanım sabah səni də oyundan uzaqlaşdıracaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31